Mopassanın novellası: Boyunbağı

O, taleyin kinayəsi ilə, bəzən usta ailələrində dünyaya gələn zərif və cazibədar qızlardan biri idi. Onun cehizi yox idi və gələcəyə ümid bəsləmirdi.
Yuxarı təbəqədən zəngin bir adamın onu sevib evinin xanımı etməsinə heç bir ehtimalın olmadığını bildiyindən Təhsil Nazirliyində işləyən kiçik bir məmurun evlilik təklifini qəbul etmişdi.
Bahalı paltara pulu olmadığından sadə geyinirdi, özündən aşağı təbəqədən birinə ərə getdiyi üçün özünü bədbəxt hesab edərdi. Çünki qadın üçün hansı zümrədən, hansı nəsildən olmağın fərqi yoxdur, gözəllik, zəriflik və məlahət ona ailənin verdiyi imtiyazları əvəz edirdi.

Davamı →

Çexovun məşhur hekayəsi

Gecə saat on ikiydi.
Mitya Kuldarov coşğulu, saçları pırtlaşdırılmış halda tələm-tələsik valideynlərinin yaşadığı mənzilə gəldi, sonra tez otaqbaotaq gəzdi. Valideynləri yatmağa hazırlaşırdılar. Bacısı çarpayısında uzanmışdı və oxuduğu romanın axırıncı səhifəsindəydi. Gimnazist qardaşlarısa yuxudaydılar.

Davamı →

Kuklalaşan gənclərimiz - Mərhum rejossorumuz nə demək istəyirdi?

İnsan talelərinin tarixi hadisələr fonunda göstərilməsi Balkan kinematoqrafiyasının fövqəladə fəndlərindən biri kimi məni daim yaxşı mənada təəccübləndirib.
Heç biri siyasi instansiyaya xidmət etməyən, süni patriotizmdən uzaq orijinal insan taleləri müstəvisində tarixi hadisələrin həlli texnikasını gördükdə təəssüflənib eyni motivi kino sənətimiz üçün arzulamışam. Hətta, qürublara zilləndiyim qərib axşamlarda bu motivdə mətn işləməyə niyyətlənib uzun-uzun düşünmüşəm.

Davamı →

Qasımın metamorfoz

Bir səhər gecənin narahat yuxusundan ayılan Qreqor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib. O, bağa çanağı kimi qartımış kürəyi üstə uzanmışdı. Üstündəki yorğanın yarısı sürüşüb yerə düşdüyündən başını qaldıran kimi qəhvəyi, qabarıq pulcuqlarla örtülmüş qarnını gördü. Bədəninin başqa əzalarından da eybəcər və cılız görünən saysız-hesabsız ayaqcıqları gözləri önündə miskincəsinə qaynaşırdılar.
“Mənə nə olub görəsən?” – o düşündü.

Davamı →

Rasim Qaraca - Yazmamaq mədəniyyəti

Elçinin bir hekayəsinin təhlili
Müasir milli ədəbiyyatımızın hekayə ustalarından söz düşəndə ilk sıralarda Elçin Əfəndiyevin adı çəkilir. Xaricdə çap olunan hekayə antalogiyalarında da Elçinin adını Anardan sonra hər zaman ikinci sırada görmüşəm. Lakin mən özüm, artıq adı mifləşmiş olan bu yazıçının əsərlərini sonuncu dəfə ən azı 30 il bundan əvvəl oxumuşam. Kulis.az saytında bu yaxınlarda yayınlanmış bir hekayəsi (“Ağadadaşın kişi sözü”) təsadüfən qarşıma çıxanda, vaxtilə mənim şeirlərimə yazdığı tərifli sözlərə bir qarşılıq olsun deyə xoş məramlı bir şeylər yazmaq məqsədilə oxumağa başladım… Oxumağa başladım, amma tezliklə xəyal qırıqlığına uğradım. Oxuduğum hekayə sadəcə yazı vərdişi olan və  yazmağa pataloji həvəsi olan birinin cızmaqarasından başqa bir şey deyildi. Azərbaycanda hekayə janrının görkəmli nümayəndəsinin, xalq yazıçısının nə üçün belə zəif hekayə yazdığını anlamaqda çətinlik çəkirəm.

Davamı →

Doymuşam, yadımdan çıxıb - Nurlana İşıq

Yox, yox! Bu nə yeddi qazan aş yeyən Koroğludur, nə də banka- banka mürəbbələri qarnına ötürən Karlson. Bu mənim Zunud kəndində yaşayan babam Umuddu. Özü də çox yemək onun indiki adəti deyil, lap çoxdankı adətidir. Adət dəyişilmir onsuz da.
Güllər qarı dağdan bir vedrə zoğal yığmışdı. Dağ zoğalı xırda olur, amma dadı dərman olur. Güllər qarı fikirləşdi ki, (ümumiyyətlə, o, həmişə fikirli olurdu, altı uşağın qarnını razı salmaq  asan məsələ deyil) nə qədər uşaqlar məktəbdədirlər, tezcə mürəbbəni bişirsin, sonra da təndirə çörək yapsın.

Davamı →

Sevinc Elsevərin Ağrı hekayəsi

Ağrıdan ikiqat olmuşdu, səhərdən dırnaqlarıyla döşəyi eşirdi. Hər ay ev əhli narahatlığından, əzilib-büzülməyindən, anasının işə buyurmağa qıymamasından, ayağına qalın yun corab geyindirməsindən Səmranın halından hali olurdular. Həmin günlərdə çalışırdılar qızı rahat buraxsınlar, işə-gücə, ora-bura yollamasınlar. Hətta əzazil qardaşı Rüstəmin də onda bacısına ürəyi yanır, yaxasını rahat buraxırdı. Həmin günlərdə arvadını döyəndə Səmranı da arvadına qatıb döymürdü.

Davamı →

Şlyapalı Dayanacaq

Günlərin bir günü, ayların şən ayı, illərin xoş ili, həftənin ilk səhəri İşığın nənəsi yuxudan ayılıb gördü ki, masanın üstündə yaşıl almalarla dolu meyvə qabına söykədilmiş bir məktub var. Nənə ipək şalını çiyninə salıb, eynəyini gözünə  taxdı və məktubu oxumağa başladı...
«Nənəcan, sabahın xeyir!
Mən sənin nağıllarda danışdığın Xoşbəxtlər şəhərini axtarmağa gedirəm. Oranı tapan kimi qayıdacağam və səni də özümlə ora aparacağam. Mən qayıdanacan balkondakı pomidor şitillərimizə yaxşı bax. Öpüb bağrıma basıram səni».

Davamı →

Zamanın nəhayətsiz zənciri

Qatar işıqları yanan birmərtəbəli kiçik stansiyada dayanmadan sovuşdu. Nərgiz stansiyanın adını da oxuya bilmədi.
— Nərgiz, qızım, siz niyə yatmırsınız? — Aleksey Markoviçin sakit, mehriban səsi Nərgizi fikirdən ayırdı.
Bir saatdan çox idi ki, Nərgiz yatmağa çalışırdı, ancaq mümkün olmurdu. O gözünü yuman kimi anasının fəryadını eşidirdi. Elə bil anası qaranlıqda gedən qatarın dalınca qaçır, qatarı yaxalayıb saxlamaq istəyir, buna gücü çatmırdı.

Davamı →